Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında “Şahdəniz”yatağından 1,3 milyon ton kondensat hasil edilib.
Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 100 min ton və ya 7,1% azdır.
Belə ki, ötən ilin eyni dövründə “Şahdəniz” yatağından 1,4 milyon ton kondensat hasil edilmişdi.
Qeyd edək ki, bu ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən respublikada 9,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 5,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,3 milyon ton təşkil edib.
O cümlədən, gündəlik neft (kondensatla birlikdə) hasilatı 75,1 min ton (566 min barrel) olub. Bunun 61,6 min tonunu (455 min barrel) xam neft, 13,5 min tonunu (111 min barrel) kondensat təşkil edib.