...

BMT-də geniş struktur islahatlarına başlanılır - Quterreş

Dünya xəbərləri Materials 13 May 2025 14:23 (UTC +04:00)
BMT-də geniş struktur islahatlarına başlanılır - Quterreş
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə gərginliyi və artan qlobal çağırışlar fonunda BMT-nin Baş katibi Antonio Quterreş ümumdünya qurumunun effektivliyini artırmaq məqsədilə geniş struktur islahatlarına start verildiyi barədə açıqlama verib.

Trend təşkilatın məlumatına istinadən xəbər verir ki, mayın 12-də Nyu-Yorkda üzv dövlətlər üçün keçirilən brifinqdə A.Quterreş BMT sisteminin strukturlarını yeniləmək üçün geniş səyləri - xərclərin azaldılması, əməliyyatların sadələşdirilməsi, sülh və təhlükəsizlik, inkişaf və insan hüquqlarına yanaşmanın modernləşdirilməsini qeyd edib.

O vurğulayıb: “Biz təhlükəli dövrdə yaşayırıq, amma bu, eyni zamanda, yaxşı fürsət və öhdəliklər mərhələsidir. Birləşmiş Millətlər Təşkilatının missiyası həmişəkindən daha aktualdır”.

Mart ayından bəri həyata keçirilən UN80 Təşəbbüsü üç prioritet üzərində cəmlənir: əməliyyat səmərəliliyini artırmaq, üzv dövlətlərdən mandatların və ya əsas vəzifələrin necə yerinə yetirilməsini qiymətləndirmək və BMT sistemində struktur islahatlarını araşdırmaq. Nəticələr bu ilin sentyabrında 2026-cı il büdcəsi üçün yenidən işlənmiş hesabatlarda, 2027-ci il büdcəsi ilə bağlı təklifdə daha ətraflı təhlil tələb edən əlavə dəyişikliklərlə öz əksini tapacaq.

A.Quterreş bildirib ki, dəyişikliklər ümumi büdcədə məntiqli ixtisarları nəzərdə tutur. Məsələn, siyasi və sülhməramlı məsələlər departamentlərində üzrə bir-birini təkrarlayan strukturları aradan qaldırmaqla işçilərin sayının 20 faiz ixtisarı mümkündür. Onun sözlərinə görə, bu azalma səviyyəsi hər bir departament üçün unikal amilləri nəzərə alacaq, həmçinin BMT sistemində etalon rolunu oynayacaq.

Əlavə nümunələr arasında Terrorla Mübarizə Baş İdarəsi (UNOCT) daxilində bütün antiterror fəaliyyətlərinin birləşdirilməsi, binaların icarəyə verilməsinə son qoyulması və məntəqələrin yaşayış dəyərinin yüksək olduğu bahalı şəhərlərdən uzağa köçürülməsi var. Baş katib qeyd edib: “İşçilərin yerdəyişməsi və potensial işdən çıxarılması paketlərinin təmin edilməsi ilə bağlı təcili, birdəfəlik xərclər ola bilər, amma məntəqələri yüksək xərc tələb edən yerlərdən köçürməklə, biz bu şəhərlərdəki ticarət məsrəfimizi azalda bilərik”.

Baş katib islahatların avtomatlaşdırma və rəqəmsal platformaların istifadəsi ilə daha sürətli aparılacağını qeyd edib. O bildirib ki, BMT-nin Nyu-York və Cenevrədəki baş qərargahlarından bəzi komandaların daha ucuz xidmət yerlərinə köçürülməsi, xərclərin azaldılması və ya müəyyən strukturların ləğvi məsələləri müzakirə ediləcək. Bununla yanaşı, mövcud mandatların necə həyata keçirildiyi yoxlanılacaq. İlkin baxış təkcə Katiblik üçün 3600-dən çox unikal mandatı müəyyən edib. Hazırda tam və daha ətraflı təhlil aparılır.

A.Quterreş vurğulayıb ki, mandatların çoxluğu və onların həyata keçirilməsi üçün lazım olan bürokratiya məhdud resursları olan daha kiçik üzv dövlətlərin üzərinə xüsusi yük qoyur.

Baş katib struktur dəyişikliyi ilə bağlı bildirib ki, bu sahədə 50-yə yaxın ilkin təqdimat BMT-nin yüksəksəviyyəli rəsmilərindən artıq qəbul edilib. Əsas iş sahələri müəyyən edilib. Bunlara sülh və təhlükəsizlik, inkişaf, insan hüquqları, humanitar, təlim, tədqiqat və digər ixtisaslaşmış agentliklər daxildir.

Baş katib üzv dövlətlərlə - nağd pul böhranı və islahatlara ehtiyacı olan ölkələrlə yaxından və müntəzəm məsləhətləşmələr aparacağını, konkret təkliflər təqdim edəcəyini də bildirib.

BMT-nin sülh və təhlükəsizliyin yalnız bir əsas sütununa diqqət yetirməli olduğu təklifinə cavab olaraq, o, inkişafdan və insan hüquqlarından imtina etməyin düzgün olmadığını, onların hər üçünün vacib olduğunu vurğulayıb. “Gəlin bu sürəti təcili və qətiyyətlə ələ keçirək, bu gün və sabah üçün ən güclü, ən təsirli Birləşmiş Millətlər Təşkilatını qurmaq üçün birlikdə çalışaq”, -deyə A.Quterreş sözlərini yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti