...

Azərbaycan Braziliya ilə birlikdə yol xəritəsi üzərində çalışır - Nazir müavini

İqtisadiyyat Materials 13 May 2025 16:07 (UTC +04:00)
Azərbaycan Braziliya ilə birlikdə yol xəritəsi üzərində çalışır - Nazir müavini
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda biz COP30-un ev sahibi qismində Braziliyalı həmkarlarımızla birlikdə Bakıdan Belemə 1,3 trilyon üçün yol xəritəsi üzərində çalışırıq.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” Sərgisi çərçivəsində keçirilən "Təbiət naminə ölkələri səfərbər edən kənd təsərrüfatı" konfransında deyib.

"COP29-da 1,3 trilyon hədəfinə çatmaq üçün növbəti 10 il ərində bütün dövlətlər birlikdə çalışaraq yalnız dövlət mənbələrindən deyil, həmçinin özəl sektordan, çoxtərəfli inkişaf banklarından və s. məbləğlər cəlb ediləcək.

Hazırda biz COP30-un ev sahibi qismində Braziliyalı həmkarlarımızla birlikdə Bakıdan Belemə 1,3 trilyon üçün yol xəritəsi üzərində çalışırıq. Bu sənəd Belemdəki COP-da üzv dövlətlərin diqqətinə təqdim ediləcək. Əsas məqsəd 1,3 trilyon məbləğə çatmaq yollarının göstərilməsi, eyni zamanda hər bir sektorun üzərinə düşən məsuliyyət, hədəflər və buna uyğun olaraq dövlətlərin öz qarşısına uyğunlaşdırılaraq qoyulmasıdır", - nazir müavini qeyd edib.

Xəbər lenti

Xəbər lenti