...

Belçika Polşadan 300-ə yaxın Piorun zenit kompleksi alacaq

Dünya xəbərləri Materials 12 May 2025 23:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belçika hakimiyyəti Polşa istehsalı olan 300-ə qədər Piorun insan-portativ hava hücumundan müdafiə sistemi (MANPADS) alacaq.

Trend xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.

"İmzaladığımız anlaşma memorandumu Piorun zenit sistemlərinin alınmasına aiddir. Belçika bu sistemlərin təxminən 200-dən 300-ə qədərini alacaq", – nazir qeyd edib.

O əlavə edib ki, Polşa eyni zamanda Belçikanın ABŞ istehsalı olan F-35 qırıcılarından istifadə təcrübəsini öyrənməkdə maraqlıdır.

Xəbər lenti

Xəbər lenti