...

"Sabah" klubunun baş məşqçisi Vasili Berezutski Rusiyaya səfər edəcək

İdman Materials 12 May 2025 22:34 (UTC +04:00)
"Sabah" klubunun baş məşqçisi Vasili Berezutski Rusiyaya səfər edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Sabah"ın baş məşqçisi Vasili Berezutski Moskvada keçiriləcək UEFA Kuboku yubileyinə qatılacaq

Trend xəbər verir ki, o, SSKA-nın UEFA Kubokundakı tarixi qələbəsinin ildönümü münasibətilə təşkil olunacaq qala gecədə iştirak edəcək.

Tədbir mayın 18-də Moskvada baş tutacaq. Gecə çərçivəsində keçiriləcək oyunda "Çelsi", "Portu", "Benfika", "Partizan", "Oser", "Parma", "Sportinq" kimi tanınmış klubların sabiq futbolçularından ibarət heyət SSKA-ya qarşı meydanda olacaq. Xatırladaq ki, Moskva təmsilçisi 2004/05 mövsümündə UEFA Kubokunun qalibi olub.

Qeyd edək ki, "Sabah" Azərbaycan Premyer Liqasının 35-ci turunda "Zirə"nin qonağı olacaq.

Xəbər lenti

Xəbər lenti