Bakı. Trend:
İndoneziyanın Qərbi Yava əyalətində istifadədən çıxarılmış döyüş sursatlarının zərərsizləşdirilməsi zamanı baş vermiş partlayış nəticəsində 9 mülki şəxs və 4 hərbi qulluqçu həlak olub.
Trend xəbər verir ki, bu barədə "Antara" agentliyi İndoneziya Silahlı Qüvvələrinə istinadən məlumat yayıb.
Məlumata əsasən, hadisə Qarut rayonundakı hərbi poliqonda qeydə alınıb. Hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib və yeni partlayışların qarşısının alınması istiqamətində işlər aparılır.
İndoneziya Silahlı Qüvvələri Baş Qərargah rəisi general Maruli Simancuntak bildirib ki, baş vermiş partlayışın səbəbləri araşdırılır.
