...

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb

İqtisadiyyat Materials 13 May 2025 16:35 (UTC +04:00)
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq məhsul satılıb.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6%, qeyri-ərzaq malları üzrə 6,4% artıb.

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,2%-I ərzaq məhsullarının, 4,9%-i içkilər və tütün məmulatlarının, 13,3%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3%-i avtomobil benzini və dizel yanacağının, 4,3%-i elektrik malları və mebellərin, 2,5%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,2%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Bununla yanaşı, qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,7% artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7%-ini təşkil edib.

2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2025-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,6%, fərdi sahibkarlar üzrə 0,7%, bazar və yarmarkalarda isə 3,4% artıb.

Bəhs olunan dövrdə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 449,8 manatlıq, o cümlədən 252,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 197,4 manatlıq qeyri-ərzaq malları alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti