...

Ronaldonun oğlu Portuqaliya millisində debüt edib

İdman Materials 13 May 2025 21:00 (UTC +04:00)
Ronaldonun oğlu Portuqaliya millisində debüt edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kriştiano Ronaldo futbol üzrə yeniyetmələrdən ibarət Portuqaliya milli komandasının heyətində (U15) ilk oyununa çıxıb.

Trend xəbər verir ki, Milli komandaya ilk dəfə dəvət olunan 14 yaşlı Ronaldo Xorvatiyada keçirilən beynəlxalq turnirin ilk oyununda Yaponiyaya qarşı matçın 54-cü dəqiqəsində meydana daxil olub.

Məlumata görə, görüş Portuqaliyanın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Ronaldo hər hansı məhsuldar hərəkətlərlə yadda qalmayıb.

Portuqaliya yığması (U15) növbəti oyununu 14 may tarixində Yunanıstan komandasına qarşı keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti