...

4 ayda Azərbaycandan Avropaya qaz ixracının həcmi açqılanıb

İqtisadiyyat Materials 13 May 2025 16:40 (UTC +04:00)
4 ayda Azərbaycandan Avropaya qaz ixracının həcmi açqılanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Avropaya 4 milyard kubmetr qaz ixrac edilib.

Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 200 milyon kubmetr və ya 4,8% azdır.

Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan Avropaya 4,2 milyard kubmetr qaz satmışdı.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında ölkədə 16,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 4,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 9 milyard kubmetri “Şahdəniz”in, 0,5 milyard kubmetri “Abşeron” yatağının, 2,7 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.

Hesabat dövründə xaricə qaz satışı 8 milyard kubmetr təşkil edib. Bundan 4 milyard kubmetr Avropaya, 3,1 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 1,9 milyard kubmetr), 0,9 milyard kubmetr Gürcüstana satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti