...

Niderlandın istixana həlləri təqdim edən şirkəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır

İqtisadiyyat Materials 13 May 2025 18:25 (UTC +04:00)
Niderlandın istixana həlləri təqdim edən şirkəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın kənd təsərrüfatı sektoru üzrə istixana həlləri təqdim edən şirkəti yeni texnoji həllərini Azərbaycan bazarına təqdim etməkdə maraqlıdır.

Bu barədə Trend-ə Niderlandın AHT (Advanced Heating Technologies) şirkətinin icraçı direktoru Ron van Viyk Trend-ə açıqlamasında məlumat verib.

O, əvvəlcə təmsil etdiyi şirkət haqqında məlumat verib: "Mən Niderlandın AHT (Advanced Heating Technologies) şirkətini təmsil edirəm. Biz kənd təsərrüfatı sektoru üçün, məsələn, istixanalar, həmçinin açıq hava üçün istilik həlləri təqdim edən bir şirkətik. Bu, innovativ texnologiyaya əsaslanır. Biz yalnız 25 mikron qalınlığında çox nazik bir metal ərintisindən istifadə edən yeni bir texnoloji alət hazırlamışıq. Bu, xüsusi amorf molekulyar quruluşa malikdir və bu, sizə çox effektiv və səmərəli şəkildə istilik təmin etməyə imkan verir".

Şirkətin icraçı direktorunun sözlərinə görə, bu texnogiya enerji xərclərinə 40%-ə qədər qənaət etmək imkanı verir: "Həmçinin bu texnologiya aşınmaya məruz qalmır, buna görə də uzunömürlüdür. Bu, davamlı bir həll yoludur və istixanaları qazla isitmək kimi ənənəvi üsullara yaxşı bir alternativdir".

"Biz bu yeni texnologiyanı Azərbaycana təqdim etmək istəyirik və çoxlu sayda sahibkar və ya şirkət rəsmilərinin bizimlə əməkdaşlıq edəcəyini gözləyirik", - deyə Niderland şirkətinin rəsmisi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti