...

Azad olunmuş ərazilərdə 500 meqavat gücündə yeni stansiyalar istismara veriləcək - Cavid Abdullayev

İqtisadiyyat Materials 13 May 2025 17:20 (UTC +04:00)
Azad olunmuş ərazilərdə 500 meqavat gücündə yeni stansiyalar istismara veriləcək - Cavid Abdullayev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təxminən 500 meqavat gücündə stansiyaların istismara veriləcəyini gözləyirik.

Trend xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bakıda 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” Sərgisi çərçivəsində keçirilən "Ağıllı kəndlərin inkişaf perspektivləri: sistemli və institusional aqro və yaşıl yanaşmalar diplomatların gözü ilə" konfransında deyib.

O bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərində böyük layihələr həyata keçirilir: "Hazırda bp şirkəti ilə biz çox intensiv şəkildə tikintisinə start verdiyimiz günəş elektrik stansiyası üzərində işlərimizi davam etdiririk.

Eyni zamanda hazırda Cəbrayılda 100 meqavat gücündə inşa edəcəyimiz stansiyalar çox xüsusi əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin böyük hidropotensialı vardır. Bu istiqamətdə də biz təxminən 500 meqavat gücündə stansiyaların istismara veriləcəyini gözləyirik. Azərbaycan miqyasında bunlar kifayət qədər böyük göstəricilərdir".

"Artıq biz Naxçıvanın da yaşıl enerji zonasına çevrilməsi istiqamətində tədbirlər aparırıq. Dünyanın aparıcı şirkətlərindən biri bu konseptin hazırlanmasına cəlb olunub. Biz planlaşdırırıq ki, çox tez bir zamanda həmin konsepsiyanın təqdimatını keçirəcəyik", - deyə C. Abdullayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti