Bakı. Trend:
Redington Türkiyə, Azərbaycanda açdığı yeni ofis ilə MDB bölgəsindəki mövcudluğunu daha da gücləndirir. Davamlı inkişaf hədəflərinin bir hissəsi olaraq reallaşdırılan və regionun rəqəmsal transformasiyasına töhfə verməyi hədəfləyən bu strateji addımın təqdimatı 7 may tarixində Bakıdakı Four Seasons Otelində keçirilən xüsusi tədbirdə baş tutub.
Redington Türkiyə, davamlı inkişaf strategiyası çərçivəsində Qazaxıstandan sonra Azərbaycanda da yeni bir ofis açıb. 40-dan çox bazarda fəaliyyət göstərən və 290-dan çox texnologiya brendinin distribyutorluğunu həyata keçirən Redington Qrupu, Türkiyədə əldə etdiyi uğuru MDB bölgəsinə daşımağı planlaşdırır. Redington Türkiyə & MDB, Azərbaycanda yeni ofisi ilə bazara güclü bir giriş edərək regionun texnologiya ekosisteminə mühüm töhfələr verməyə hazırlaşır.
Redington Türkiyə, Azərbaycanda yerli mövcudluğunu gücləndirir
Türkiyədə əhəmiyyətli uğurlara imza atan və davamlı inkişafını davam etdirən Redington Türkiyə, indi isə Azərbaycandakı son istifadəçilərə texnologiya ehtiyaclarına ən uyğun proqram təminatı həllərini partnyorları vasitəsilə təqdim etməyi hədəfləyir. Şirkət Azərbaycan ofisi vasitəsilə regionun böyük potensialından faydalanmağı və yerli ehtiyaclara cavab vermək üçün qlobal təcrübə ilə yerli xidmətləri birləşdirməyi qarşısına məqsəd qoyub.
Azərbaycanda fəaliyyət göstərən və hər keçən gün böyüyən mütəxəssis komandası ilə Redington, distribyutorluğunu etdiyi qlobal markaların Kibertəhlükəsizlik, Server, Məlumatların Saxlanması, Məlumatların Qorunması və Analitika həllərini partnyorları vasitəsilə son istifadəçilərə təqdim edəcək. Yaxın zamanda Bulud Hesablama həlləri ilə regiondakı məhsul portfelini genişləndirəcək olan Redington Türkiyə, Arctera, Cohesity, Mastercard, Kehua Technology, Automind, Qlik, EDB, Pure Storage, Kaytus, Vast Data, Eviden, Binalyze, Sangfor, Corelight, Tripwire / Fortra, Red Hat, SAS, PTC, DTEN və ZOOM kimi dünyaca məşhur texnologiya markaları ilə innovativ həllər təqdim etməyi planlaşdırır.
Yeni ofis çərçivəsində fəaliyyət göstərəcək Redington Azərbaycan Akademiyası, Azərbaycanın İT ekosistemində texniki bilik səviyyəsini artırmağı və rəqəmsal transformasiya proseslərinə dəstək göstərməyi hədəfləyir. Redington-un qlobal həlləri, iri müəssisələrdən kiçik və orta bizneslərə qədər bütün səviyyələrdəki şirkətlərin ehtiyaclarını qarşılamağa hazırdır.
Açılış tədbiri texnologiya liderlərini bir araya gətirdi
Azərbaycan ofisinin açılış mərasimi 7 may tarixində Bakıdakı Four Seasons Otelində keçirilən xüsusi tədbirlə qeyd olundu. Tədbirdə Redington rəhbərliyi, qlobal texnologiya markalarının regional yüksək səviyyəli nümayəndələri və yerli partnyorlar bir araya gələrək yeni əməkdaşlıq imkanlarını müzakirə etdilər. Görüşlərdən sonra tədbir əyləncəli şou və canlı musiqi müşayiəti ilə keçirilən qala şam yeməyi ilə başa çatdı.
Tədbirdə Redington Türkiyə & MDB-nin Baş direktoru Bora İncir və Redington Türkiyə, MDB və Afrika Regionunun Rəhbəri Serkan Çelik də iştirak ediblər. Bora İncir öz növbəsində yeni komandanı təqdim etdi. Komandaya Redington-un MDB ölkələri üzrə regional meneceri Abdullah Doğanay və Redington-un Azərbaycan üzrə meneceri Cəlal Sadıxov daxildir.
Bora İncir: “Türkiyədə qazandığımız uğuru Azərbaycana daşıyırıq”
Redington Türkiyə & MDB-nin Baş direktoru Bora İncir,
Azərbaycanda uzunmüddətli və güclü bir inkişaf hədəflədiklərini
vurğulayaraq bildirib:
“Türkiyədə əldə etdiyimiz güclü inkişaf və uğuru başda Azərbaycan
olmaqla bütün MDB bölgəsinə daşımağı planlaşdırırıq. Qlobal
təcrübəmizi yerli xidmət yanaşması ilə birləşdirərək,
Azərbaycandakı partnyorlarımız vasitəsilə regiondakı texnologiya
ehtiyaclarına ən uyğun həlləri təqdim edəcəyik. Azərbaycanda
açdığımız ofis, bu bölgəyə verdiyimiz strateji əhəmiyyətin bariz
nümunəsidir. İnvestisiyalarımızı davam etdirərək bölgədəki
mövqeyimizi daha da gücləndirəcəyik.”