...

Rusiya bazaları ilə bağlı qərara görə Suriya xalqı özu cavabdehdir - Türkiyə XİN

Dünya xəbərləri Materials 21 Dekabr 2024 21:16 (UTC +04:00)
Rusiya bazaları ilə bağlı qərara görə Suriya xalqı özu cavabdehdir - Türkiyə XİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyadakı Rusiya bazalarının taleyini bu ölkənin xalqı həll etməlidir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan "France 24" televiziya kanalına müsahibəsində deyib.

Nazir qeyd edib ki, Ankara Suriyada heç bir xarici hərbi bazanın olmasını dəstəkləmir. Onun fikrincə, onlar ölkəni tərk etməlidirlər.

"Lakin bu [qərar] Suriya xalqından asılı olacaq. Amma indi, gördüyümüz kimi, Rusiya öz bölmələrini yenidən yerləşdirmə prosesindədir və prosesin sonunda onlardan neçəsinin Suriyadakı bazalarda qalmağa davam edəcəyini bilmirik", - deyə H.Fidan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti