Bakı. Trend:
"Ənsar Allah" üsyançı hərəkatının (husiləri) nəzarətində olan Yəmənin paytaxtı Səna hava hücumuna məruz qalıb.
Trend-in məlumatına görə, bu barədə "Al Masirah" televiziya kanalı və "Saba" agentliyi xəbər veriblər.
"Al Hadath" telekanalı bildirib ki, Sənada yerləşən "Ənsar Allah" hərbi obyektlərinə azı üç dəfə zərbələr endirilib.
Bildirilib ki, zərbələr Amerika təyyarələri tərəfindən endirilib. Hücumun nəticələri barədə məlumat verilməyib.