Bakı. Trend:
Almaniyanın Maqdeburq şəhərində qanunsuz miqrantların deportasiyası tələbi ilə keçirilən nümayişdə yüzlərlə insan iştirak edib.
Trend-in məlumatına görə, bu barədə "DPA" agentliyi xəbər verib.
İştirakçılar, xüsusən də əllərində “Remiqrasiya”, “Öz xalqına qarşı siyasətə son” yazılan pankartlar, bəziləri neonasist şüarları səsləndiriblər. Mitinqdə Almaniyada tanınmış sağ radikallar iştirak ediblər.
Bild qəzetinin məlumatına əsasən, nümayişdə 700-dən çox insan iştirak edib.