...

Trüdo istefa verdiyi halda, Friland Kanadanın hakim partiyasına rəhbərlik edə bilər

Dünya xəbərləri Materials 22 Dekabr 2024 05:53 (UTC +04:00)
Trüdo istefa verdiyi halda, Friland Kanadanın hakim partiyasına rəhbərlik edə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanadanın hakim Liberal Partiyasının bəzi nümayəndələri hesab edirlər ki, baş nazir Castin Trüdo istefa verərsə, partiyaya keçmiş baş nazirin müavini və maliyyə naziri Xristya Friland rəhbərlik etməlidir.

Trend-in məlumatına görə, bu barədə "CBC" televiziya kanalı xəbər verib.

Bu fikri telekanala bir neçə liberal siyasətçi bildirib. Onlar, xüsusilə, Frilandın Donald Trampın ilk prezidentlik dövründə onunla söhbət zamanı təcrübəsinin müsbət olduğunu qeyd ediblər. Həmin vaxtda o, Şimali Amerika Azad Ticarət Sazişinin (NAFTA) yenidən müzakirəsi zamanı Kanadanın aparıcı müzakirəçilərindən biri olub.

Bildirilib ki, bundan əlavə, hazırda Trüdonun rəhbərlik etdiyi partiyanın gələcək potensial liderlərinin siyahısında maliyyə naziri Dominik Leblan və keçmiş mənzil, infrastruktur və icmalar naziri Şon Freyzerin adları var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti