Bakı. Trend:
ABŞ Panama kanalından mövcud istifadə şərtlərinə yenidən baxılmadığı təqdirdə ona nəzarətin qaytarılmasını tələb edə bilər.
Trend-in məlumatına görə, bu barədə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
D.Tramp Panama kanalının ABŞ-nin ən mühüm strateji sərvəti olduğunu, ölkənin iqtisadi sabitliyini və təhlükəsizliyini təmin etdiyini vurğulayıb.
"Kanalın Panamaya verilməsinin altında yatan mənəvi və hüquqi prinsiplərə əməl olunmasa, biz onun tam qaytarılmasında israr edəcəyik", deyə Tramp kanala nəzarət heç vaxt “səhv əllərə” keçməməlidir qeyd edərək bildirib.