...

Azərbaycan və Qazaxıstan arasında investisiya layihələrinin həcmi açıqlanıb

Maliyyə Materials 22 Dekabr 2024 08:46 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan arasında investisiya layihələrinin həcmi açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin birinci yarısında Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı investisiyaların həcmi 65 milyon ABŞ dolları, qarşılıqlı investisiya layihələrinin sayı isə beş olub.

Trend xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (AİB) məlumatında bildirilib.

Məlumata əsasən, yuxarıda göstərilən məbləğin səkkiz milyon dolları (iki layihə) Qazaxıstanın Azərbaycana, 57 milyon dolları (üç layihə) isə Qazaxıstana qoyulmuş Azərbaycan investisiyasıdır.

Qeyd edək ki, AİB yeddi milyard dollar nizamnamə kapitalına malik çoxtərəfli inkişaf bankıdır və investisiya fəaliyyəti vasitəsilə üzv dövlətlərin iqtisadi artımına, onlar arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafına kömək etmək üçün nəzərdə tutulub.

AİB-in kredit və investisiya fəaliyyətinin əsas maliyyə mənbəyi kapital bazarlarından cəlb edilmiş uzunmüddətli borclar və bankın öz vəsaitləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti