Bakı. Trend:
İspaniya La Liqasının 19-cu turunda "Real Madrid" doğma meydanda "Sevilya"ya qarşı keçirdiyi qarşılaşmada 4:2 hesablı qələbə əldə edib.
Trend-in məlumatına görə, bu nəticə "kral klubu"nun xal ehtiyatını 40-a çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlməsinə səbəb olub.
Hazırda turnir cədvəlinə 41 xalla "Atletiko Madrid" liderlik edir. "Barselona" isə 38 xalla üçüncü yerdə qərarlaşıb. La Liqada liderlik uğrunda mübarizə gərgin şəkildə davam edir.