...

Panama kanalının hər metri ölkəmizə məxsusdur - Panama lideri

Turizm Materials 23 Dekabr 2024 03:52 (UTC +04:00)
Panama kanalının hər metri ölkəmizə məxsusdur - Panama lideri
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Panama prezidenti Xose Raul Mulino ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Panama kanalına nəzarətə dair fikirlərinə sərt cavab verib.

Trend-in məlumatına görə, Mulino bildirib ki, “Panama kanalının hər metri Panamaya məxsusdur və ölkənin suverenliyi müzakirə mövzusu ola bilməz.”

Prezident Mulino Panama kanalının ölkənin tarixi irsi olduğunu vurğulayaraq, 1977-ci ildə imzalanmış Torrixos-Karter müqaviləsini xatırladıb. Müqavilə, Panama kanalı zonasının ləğvini və bu su yolu üzərində Panama suverenliyini təmin edib. 1999-cu ilin dekabrında Panama kanalı tamamilə Panamaya təhvil verilib.

Mulino qeyd edib ki, həmin tarixdən etibarən kanalın statusu ilə bağlı heç bir şikayət və ya narazılıq olmayıb. O əlavə edib ki, Panama hakimiyyəti kanalı genişləndirib və bu, hazırda ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir gətirən bir layihədir.

Trampın kanal keçidi üçün yüksək tariflər məsələsinə toxunan Mulino qeyd edib ki, tariflər bazar şəraiti, beynəlxalq rəqabət, mövcud qiymətlər, həmçinin kanalın təmiri və modernləşdirilməsi ehtiyacına əsasən təyin edilir.

Xəbər lenti

Xəbər lenti