Bakı. Trend:
Biz doğma yurdumuza qayıtmağımızın əsas səbəbkarı Ali Baş Komandanımıza, Prezidentimizə minnətdarıq.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Abtalıbov Abhayat deyib.
Onun sözlərinə görə, biz onun müdrik siyasəti nəticəsində əziz Şuşamıza qayıdırıq.
"Allah şəhidlərimizə rəhmət eləsin, onların ruhu qarşısında baş əyirəm, ata-analarının əllərindən öpürəm.
Allah torpaqlarımızı düşməndən azad edən ordumuzu qorusun", -deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.