...

Azərbaycanda artıq əmək münasibətləri tam elektronlaşıb - DƏMX

İqtisadiyyat Materials 23 Dekabr 2024 10:53 (UTC +04:00)
Azərbaycanda artıq əmək münasibətləri tam elektronlaşıb - DƏMX
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Avqust ayında qüvvəyə minən qanunvericiliyə əsasən, artıq əmək münasibətləri tam elektronlaşıb.

Trend xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Nərmin Mirzəyeva bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin konfransıda deyib.

"Artıq işçi və işəgötürən arasında əmək müqavilələri elektron formada bağlanılır.

İşçinin əmək müqaviləsinə xitam verilərkən və bununla bağlı müvafiq xəbərdarlıq tədbirləri görülərkən onlar mütləq qaydada elektron sistem üzərindən edilməli və işçi əvvəlcədən məlumatlandırmalıdır.

Əmək münasibətləri ilə bağlı bir sıra əmrlər, arayışlar, xasiyyətnamələr və s. artıq elektron kabinetlər vasitəsilə həyata keçirilir", - o bildirib.

Qeyd edək ki, Bakıda Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusunda konfrans keçirilir.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Nərmin Mirzəyeva, Milli Məclisin bir neçə deputatı, eləcə də, Azərbaycan və Türkiyənin bir sıra iş adamları iştirak edirlər.

Konfransın ardından ATİB İdarə Heyətinin İllik Ümumi Yığıncağının keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti