...

Bu il tibb müəssisələrimizə 22.1 milyon müraciət qeydə alınıb - Vüqar Qurbanov

Cəmiyyət Materials 23 Dekabr 2024 11:25 (UTC +04:00)
Bu il tibb müəssisələrimizə 22.1 milyon müraciət qeydə alınıb - Vüqar Qurbanov
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrimizə 22.1 milyon müraciət qeydə alınıb, 76.8 milyon tibbi xidmət göstərilib.

Trend xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 2023-cü ildə isə 20.3 milyon müraciət qeydə alınıb, 63.8 milyon tibbi xidmət göstərilib:

“Cari ildə müraciət sayında 9%, göstərilən tibbi xidmət sayında isə 20%-lik artım qeydə alınıb.

2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrimizdə 348 mindən çox cərrahi əməliyyat və prosedur icra olunub. Cari ilin yanvar-noyabr ayları ərzində laborator xidmətlərin sayı 30.5 milyon olub. Bu isə keçən illə müqayisədə 34% artım deməkdir”.

V.Qurbanov əlavə edib ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində 6 milyondan çox radioloji müayinə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti