...

"Böyük Qayıdış" layihəsi çərçivəsində 6561 sakin tibbi müayinələrdən keçirilib

Cəmiyyət Materials 23 Dekabr 2024 11:43 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

"Böyük Qayıdış" layihəsi çərçivəsində 6561 sakin tibbi müayinələrdən keçirilib.

Trend xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan siyahı əsasında 2022-2024-cü illər ərzində ümumilikdə 6561 sakinin tibbi müayinələrdən keçirilməsi təmin edilib.

2024-cü ilin yanvarından bugünədək isə 819 ailənin, 3100 sakinin tibbi müayinələrədən keçirilməsi icra olunub”.

Xəbər lenti

Xəbər lenti