...

Türkiyədən ABŞ-yə sement ixracı azalıb

Dünya xəbərləri Materials 23 Dekabr 2024 13:56 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədən ABŞ- yə sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz azalaraq, 630 milyon 966 min 45 dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyədən ABŞ-yə 51 milyon 995 min 14 dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 12,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 6,4 faiz azalaraq, 4 milyard dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 346 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 0,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023 – noyabr 2024) Türkiyə 4,3 milyard dollar məbləğində sement ixrac edib.

Xəbər lenti

Xəbər lenti