...

Bu xəstəxanaların çarpayı fondu artırılıb

Cəmiyyət Materials 23 Dekabr 2024 12:00 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Stasionar müraciətlərin sayının artması ilə əlaqədar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə, Pediatriya və İnfeksion xəstəliklər şöbəsinin çarpayı fondu artırılıb.

Trend xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, xəstəxanalarda tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə Şamaxı və Zaqatala rayon mərkəzi xəstəxanalarının yeni bina tikintisi ilə bağlı layihələrə də müvafiq rəylər hazırlanıb:

“Məhəmmədi modul tipli xəstəxana”da Sabunçu Tibb Mərkəzinin I Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin (Terapevtik reanimasiya) 40 çarpayılıq İntensiv terapiya bölməsi yaradılıb.

Hövsan Sağlamlıq Mərkəzi, Çilov Ailə Sağlamlıq Mərkəzi, Yevlax Rayon Mərkəzi Xəstəxanasının strukturunda 7 həkim məntəqəsi yaradılıb”.

Xəbər lenti

Xəbər lenti