...

Gömrük xətti ilə büdcə daxilolmaları 6 milyard manatı ötüb

İqtisadiyyat Materials 23 Dekabr 2024 16:08 (UTC +04:00)
Gömrük xətti ilə büdcə daxilolmaları 6 milyard manatı ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında gömrük xətti ilə büdcə daxilolmaları 6,2 milyard manat təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 23,5% artaraq 1,8 milyard manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1,2% azalaraq 3,9 milyard manat, aksizlər üzrə daxilolmalar 10,2% azalaraq 184,827 milyon manat, yol vergisi üzrə daxilolmalar isə cüzi azalaraq 39,255 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti