...

Ana ölümlərinin əsas səbəbi açıqlandı

Cəmiyyət Materials 23 Dekabr 2024 12:34 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Son illər tək Azərbaycanda yox, bütün dünyada ana və uşaq ölümlərinin sayı artıb.

Trend xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.

O bildirib ki, ölkədə bunun əsas səbəbləri araşdırılır.

"Ana ölümlərinin ötən il kəskin artmasının səbəblərindən biri Ümumdünya Səhiyyə Təşkilatı tələbinə uyğun olaraq metodologiyanın dəyişdirilməsi oldu. Biz buna hər ay nəzarət edirik.

Ümid edirik ki, gələn il bu say az olacaq. Bu məsələdə vətəndaşların da bir az məsuliyyətli hərəkət etməsini istərdik. Ana məsuliyyətli olmalı, vaxtında müayinələrdən keçməlidir", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti