Bakı. Trend:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş və istirahət
günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərarına əsasən, 5
və 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində
28-29 dekabr 2024-cü il tarixində iş günüdür.
Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata
görə, 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində 28
dekabrda həftənin bazar ertəsi, 29 dekabrda cümə gününün, 6 günlük
iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 29 dekabrda
həftənin bazar ertəsi gününün dərsləri tədris olunacaq.
Qeyd edək ki, 5 günlük iş həftəsi ilə işləyən ümumi təhsil
müəssisələrində 6 yanvar, 6 günlük iş həftəsi ilə işləyən
ümumtəhsil müəssisələrində isə 4 yanvar 2025-ci il tarixi ilk iş
günüdür.