...

Təcili tibbi yardımın gecikməsi halları var - Vüqar Qurbanov

Cəmiyyət Materials 23 Dekabr 2024 12:25 (UTC +04:00)
Təcili tibbi yardımın gecikməsi halları var - Vüqar Qurbanov
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Təcili tibbi yardımın gecikməsi halları var, amma bu il ötən illərə görə azdır.

Trend xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, çağrı mərkəzinin yenidən qurulması işləri həyata keçirilir.

"Ehtiyat çağrı mərkəzi təşkil etməyi düşünürük ki, hər hansı problem zamanı əsas çağrı mərkəzində problem yaranarsa, bu zaman ehtiyat çağrı mərkəzi fəaliyyətə keçsin", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti