Bakı. Trend:
Dövlət satınalmalarının elektronlaşdırılması nəticəsində qənaət edilən dövlət vəsaitlərinin məbləği 559,7 milyon manat təşkil edib.
Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında qeyd edib.
“Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14% artaraq 559,7 milyon manat təşkil edib.
Qeyd edilən göstərici Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlar üçün kompleks maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, həmçinin bu sahədə nəzarət mexanizmlərinin gücləndirilməsinin nəticəsidir”, - paylaşımda qeyd olunub.