...

Azərbaycanda qadınların əməyinin qadağan olunduğu vəzifələrin sayı 700-dən təxminən 200-ə qədər azalıb - DƏMX rəsmisi

Cəmiyyət Materials 23 Dekabr 2024 12:20 (UTC +04:00)
Azərbaycanda qadınların əməyinin qadağan olunduğu vəzifələrin sayı 700-dən təxminən 200-ə qədər azalıb - DƏMX rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda qadınların əməyinin qadağan olunduğu vəzifələrin sayı 700-dən təxminən 200-ə qədər azalıb.

Trend xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Nərmin Mirzəyeva bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin konfransıda deyib.

O bildirib ki, dayanıqlı inkişafın məqsədlərindən biri də gender bərabərliyinə nail olmaq, qadınların, qızların hüquq və imkanlarını genişləndirməkdən ibarətdir:

"Bu istiqamətdə əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər mühüm məna kəsb edir. Əmək qanunvericiliyindəki son dəyişikliklər qadınların əməyinin qadağan olunduğu iş yerləri məhdudiyyətini aradan qaldırdı. Bunun əvəzinə analığın mühafizəsi məqsədilə hamilə və bir yaşına qədər uşağı olan qadınların həmin müddətdə işləməsinin qadağan olunduğu müvafiq peşələrin, vəzifə və iş yerlərinin siyahısını müəyyən etdi. Bunun nəticəsində əgər qadınların əməyinin qadağan olunduğu sahələrin, vəzifələrin sayı təxminən 700-ə yaxın idisə, son dəyişikliklərdən sonra hamilə və bir yaşına çatmamış uşağı olan qadınlar üçün bu, 200-dən bir az çox saya gəlib çıxdı.

Bunların nəticəsidir ki, Dünya Bankının reytinqində Azərbaycan Respublikasının indeksi 7% artaraq 85-ə gəlib çatdı".

"Gender bərabərliyinin təmini üçün hazırda digər qanunvericilik layihələri də müzakirədədir. Bunlardan biri seksual qısnamanın qarşısının alınması ilə bağlı olan tədbirlərdir. Eyni zamanda, bərabər əməyə görə qadın və kişilərin əmək haqlarının bərabər olması ilə bağlı hazırda müzakirədə olan qanunvericilik layihələrini də xüsusilə qeyd etmək istərdim", - deyə N. Mirzəyeva qeyd edib.

Xəbər lenti

Xəbər lenti