Bakı. Trend:
İşğaldan azad olunan ərazilərdə yerləşən tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi üçün işlər görülür.
Trend xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, həmin ərazilərdə yerləşən tibb müəssisələri tabeliyimizə verildikdən sonra onların təmiri və yenidən qurulması istiqamətində müvafiq işlər görüləcək:
"Hansı ərazilərə köç təşkil olunacaqsa, həmin ərazilərdə tibb müəssisələri tikilib istifadəyə veriləcək.
Bu müəssisələrdə orada doğulub, böyümüş şəxslərin fəaliyyət göstərməsinə şərait yaradılacaq".