...

ABŞ Qrenlandiyaya nəzarət etməlidir - Tramp

Dünya xəbərləri Materials 23 Dekabr 2024 08:11 (UTC +04:00)
ABŞ Qrenlandiyaya nəzarət etməlidir - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Qrenlandiyanın Vaşinqtonun nəzarətində olmasının vacibliyini vurğulayıb.

Trend xəbər verir ki, bunu Tramp Truth Social platformasında paylaşım edərək bildirib: “Mən Ken Howery-ni Birləşmiş Ştatların Danimarkadakı səfiri vəzifəsinə seçdiyimi elan etməkdən məmnunam. ABŞ-ın milli təhlükəsizlik və azadlıq maraqları baxımından Qrenlandiyanın mülkiyyəti və nəzarəti tamamilə zəruridir. Ken, ölkəmizin maraqlarını ən yüksək səviyyədə təmsil edəcək.”

Qeyd edək ki, Trampın ilk prezidentliyi dövründə ABŞ mediası onun Danimarkanın tərkibində olan, geniş muxtariyyətə malik Qrenlandiyanın əldə edilməsi perspektivləri ilə maraqlandığını yazmışdı. Lakin Danimarka hakimiyyəti bu təklifi rədd edərək, Qrenlandiyanın satışını müzakirə etməyəcəyini bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti