Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putin və Slovakiyanın baş naziri Robert Fitso arasında danışıqlar başa çatıb.
Trend xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Danışıqlar başa çatıb", – deyə Kreml sözçüsü bildirib. O, liderlərin media üçün birgə bəyanatlarının olub-olmaması ilə bağlı suala mənfi cavab verib: "Xeyr", – dedi Peskov.
Fitso Moskvada işgüzar səfərdə olub və Putin bu gün Kremldə onu qəbul edib. Onlar təkbətək danışıblar. Səfər mümkün qədər tez razılaşdırılıb və Peskovun qeyd etdiyi kimi, "bir neçə gün əvvəl" planlaşdırılıb. Serbiya prezidenti Aleksandar Vucic, Zelenskinin Ukrayna ərazisindən qaz tranzitini uzatmaqdan imtina etməsi ilə bağlı məlum olduqdan sonra Fitso Rusiyaya səfər etmək niyyətini açıqlamışdı. Fitso daha əvvəl qeyd etmişdi ki, Zelenskinin bu qərarı Slovakiyanı böhrana apara bilər.