Bakı. Trend:
Bu gün Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən qılıncoynatma üzrə Azərbaycan çempionatına yekun vurulub.
Trend xəbər verir ki, yarışın ikinci günündə qılıncoynatmanın şpaqa növü üzrə qaliblər müəyyənləşib:
Oğlanlar:
1-ci yer: Ruslan Həsənov
2-ci yer: Emin Səfərbəyov
3-cü yer: Oruc Misirzadə, Səid Əliyev
Qızlar:
1-ci yer: Aynur Quliyeva
2-ci yer: Xədicə Həsənli
3-cü yer: Nəzrin Mehdiyeva, Nazilə Rəhimova
Qaliblər və mükafatçılar Azərbaycan Respublikasının gənclər və
idman naziri Fərid Qayıbov və Azərbaycan Qılıncoynatma
Federasiyasının baş katibi Vasif Məmmədov tərəfindən diplom və
medallarla təltif olunublar.