Bakı. Trend:
Oğuz rayonunun Bayan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, “BMW” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsinin sürücüsü 18 yaşlı Kənan Ellazov və sərnişin 37 yaşlı Qafqaz Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hər iki şəxs Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, müayinədən keçirilib.
Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.
Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri araşdırılır.