Bakı. Trend:
Albaniya hökuməti TikTok platformasını ən azı bir il müddətinə bloklamaq qərarına gəlib.
Trend-in Albanian Daily News-a istinadən verdiyi məlumata görə, bu addım məktəblərdə fiziki və rəqəmsal təhlükəsizliyi yaxşılaşdırmaq məqsədilə atılıb. Albaniyanın Baş naziri Edi Rama bildirib ki, ölkə üzrə valideynlərin 90%-i TikTok-un bağlanmasını tələb edib.
"Valideynlərin tələblərini nəzərə alaraq, 2025-ci ildən etibarən TikTok-un bir il müddətinə qadağan edilməsi qərarına gəldik," - deyə Baş nazir qeyd edib.
Albaniya hökuməti təhlükəsizlik tədbirlərini gücləndirmək üçün bu addımı mühüm hesab edir.