Bakı. Trend:
Vaşinqton İran və Çinlə münasibətlərində diplomatik yanaşmadan əl çəkmək niyyətində deyil.
Trend xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan "CNN International"a müsahibəsində bildirib.
"İran və Çin məsələlərində yalnız çəkindirmə və qarşıdurma deyil, eyni zamanda diplomatiya üçün də imkanlar mövcuddur," - deyə Sallivan vurğulayıb.
O əlavə edib ki, "Çinlə münasibətlərdə rəqabəti effektiv şəkildə idarə etmək və iki ölkənin maraqlarını daha yaxşı anlamaq üçün diplomatiya vacibdir. Böyük güclər birgə yaşayış imkanlarını inkişaf etdirə bilər.”