Bakı. Trend:
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp milyarder sərmayədar Stiven Faynberqi müdafiə nazirinin müavini vəzifəsinə namizəd təqdim edib.
Trend xəbər verir ki, bu barədə Tramp Truth Social platformasında açıqlama verib.
“Stiven Faynberq müdafiə nazirinin müavini vəzifəsini icra edəcək və Pentaqonun yenidən möhtəşəm olmasına kömək edəcək,” – Tramp paylaşımında bildirib.
Seçilmiş prezident Faynberqi “son dərəcə uğurlu iş adamı” kimi təqdim edib və vurğulayıb ki, o, əvvəllər ABŞ müdafiə naziri vəzifəsinə namizədliyi irəli sürülmüş Pit Heqsətlə birlikdə çalışacaq.