Bakı. Trend:
Doğma Şuşada yaşamaq bütün şuşalılar üçün fəxrdir.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Novruzov Nicat deyib.
Onun sözlərinə görə, 39 yaşında Şuşanı tərk etmək məcburiyyətində qalıb.
"Şuşa bizim üçün hər zaman gözəl olub. Uzun illər Şuşa həsrəti ilə yaşamışıq. Bundan sonra doğma diyarda yaşayacağıq. Biz də Şuşanın daha gözəl olmasına çalışacağıq.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, ordumuzu qorusun", - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.