Bakı. Trend:
Yeni ili və gələn ay doğum günümü Şuşada qeyd edəcəyimin sevincini yaşayıram.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Novruzova Fatimə deyib.
Onun sözlərinə görə, ilk dəfədir ki, doğma Qarabağa, əziz Şuşaya gedir.
"Doğma yurdda, bizə əziz olan elimizdə yaşamaq mənim üçün fəxrdir. Bunun üçün həm çox şadam, həm də xoşbəxtəm. Bu günün gəlib çatmasını səbirsizliklə gözləyənlərdən biri mən olmuşam", - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.