Bakı. Trend:
Mən torpaqlarımızı işğaldan azad edən, Şuşanı bizə qaytaran qeyrətli oğlanlarımız, igid övladlarımızla fəxr edirəm.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Məmmədova Cəmilə deyib.
Onun sözlərinə görə, Şuşada yenidən yaşamaq, öz həyatımızı davam etdirmək bizim üçün fəxrdir.
"Allah Prezidentimizi qorusun, şəhidlərimizi rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Həyatımızı hər zaman onlara borcluyuq", -deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.