Bakı. Trend:
Bu il Nizami Tibb Mərkəzində, Qobustan Rayon Mərkəzi
Xəstəxanasında oftalmologiya şöbəsi yaradılıb, oftalmoloji cərrahi
əməliyyatların icrasına başlanılıb.
Trend xəbər verir
ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in
2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat
konfransında bildirib.
O həmçinin qeyd edib ki, hazırda Respublika Klinik Xəstəxanasında, Mərkəzi Neftçilər Xəstəxanası, Yeni Klinikada, Sabunçu, Sumqayıt tibb mərkəzlərində, Füzuli, Ağdam rayon mərkəzi xəstəxanalarında oftalmoloji cərrahi əməliyyatlar icra olunur. 2024-cü ilin 11 ayında 24 282 oftalmoloji əməliyyat həyata keçirilib.