...

TƏBİB-in “2025-2027-ci illər üzrə Strateji Plan”ı hazırlanıb

Cəmiyyət Materials 23 Dekabr 2024 11:29 (UTC +04:00)
TƏBİB-in “2025-2027-ci illər üzrə Strateji Plan”ı hazırlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

TƏBİB-in “2025-2027-ci illər üzrə Strateji Plan”ı hazırlanıb. Sənəd ümumilikdə 3 məqsəd, 4 hədəf, 30 prioriteti özündə ehtiva edir.

Trend xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, TƏBİB-in fəaliyyət strategiyasına uyğun olaraq tibbi turizmin ölkədə inkişafı istiqamətində addımlar atılıb:

“Belə ki, xaricdə təhsil almış həkimlərimizin vətənə geri qayıtması, tibbi xidmət göstərən personalımızın dil biliklərinin artırılması, xəstəxanalarımıza beynəlxalq sertifikatların alınması ilə bağlı işlərə başlanılıb.

Ən böyük uğurlarımızdan biri kimi Möhtərəm Prezidentimiz İlham Əliyevin birbaşa dəstəyi ilə Yeni Klinikanın Almaniyanın Münhen şəhərində yerləşən, 34 mindən çox əməkdaşı olan, 120-yə yaxın tibb müəssisəsində hər il təxminən 2,1 milyon pasiyentə 44 adda təxirəsalınmaz və ixtisaslaşmış tibbi xidmət göstərən “Sana Hospital” brendindən istifadə hüququ əldə etməsini qeyd etməliyəm.

Bundan əlavə, yüksək nailiyyətlərimizdən biri Cənubi Qafqazda ilk dəfə olaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika üçün beynəlxalq nüfuza malik HIMSS təşkilatının EMRAM 6 akkreditasiya sertifikatının əldə edilməsidir”.

İcraçı direktor əlavə edib ki, beynəlxalq müstəvidə uğurlardan biri isə TƏBİB tabeli müvafiq tibb müəssisələrinin Ümumdünya İnsultla Mübarizə Təşkilatının sertifikasiyasından keçirilməsi prosesi ilə əlaqədar müvafiq işlərə başlanılmasıdır:

“Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı” və eləcə də “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı”na TƏBİB-in tabeli tibb müəssisəsi olan Yeni Klinikanın əlavə edilməsi də önəmli hadisələrdən biridir”.

Xəbər lenti

Xəbər lenti