Bakı. Trend:
Cari ildə Respublika Klinik Xəstəxanası, Yeni Klinika, Nizami Tibb Mərkəzi, Quba, Abşeron və Qəbələ rayon mərkəzi xəstəxanalarında endoprotezləşdirmə əməliyyatlarının icrası təmin edilib.
Trend xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, hazırda bu müəssisələrlə yanaşı, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, Qusar, Şirvan və Zaqatala rayon mərkəzi xəstəxanaları da daxili olmaqla 13 tibb müəssisəsində mürəkkəb travmatoloji və endoprotezləşdirmə əməliyyatları uğurla icra olunur və 2024-cü il ərzində ümumilikdə 772 endoprotez əməliyyatı həyata keçirilib.