...

Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi hədəflənir

İqtisadiyyat Materials 23 Dekabr 2024 15:15 (UTC +04:00)
Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi hədəflənir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də qiymətli daşların, qiymətli metalların və onlardan hazırlanan məmulatların, mədəniyyət məhsullarının, habelə rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlakın alqı-satqısı üzrə ödənişlərin nağd qaydada qəbul edən şəxslərə qarşı maliyyə sanksiyasının tətbiqi ilə bağlıdır.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Media və kommunikasiya idarəsinin əməkdaşı Günel Bəhramqızı məlumat verib.

O bildirib ki, nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının qanununa edilə dəyişikliyə əsasən, qeyd olunan sahələrdə alqı-satqı üzrə ümumi məbləği 15 min manatdan artıq olan ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi müəyyən olunsa da, bu pozuntuya görə Vergi Məcəlləsində hər hansı bir maliyyə sanksiyası nəzərdə tutulmurdu: “Hazırki dəyişiklik isə bu tələbin pozulmasına görə məsuliyyət tədbirnin müəyyən edilmsəi iə bağlıdır. Beləliklə, dəyişikliyə əsasən, qiymətli daşların, qiymətli metalların və onlardan hazırlanan məmulatların, mədəniyyət məhsullarının, habelə rəsmireyestrdə qeydiyyata alınan daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qaydada qəbul edən şəxslər maliyyə sanksiyasına məruz qalacaqlar”.

“Bu qanunu pozmaqla aparılan əməliyyatlara görə təqvim ili ərzində birinci dəfə belə hala yol verdikdə ümumi məbləğin 10%-i, ikinci dəfə 20%-i, üç və daha çox sayda yol verdikdə isə 40%-i miqdarında maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulur. Dəyişiklik sözügedən sektorda vergi nəzarəti mexanizminin effektiv qurulmasına, bu sahədə şəffaflaşmanın artırılmasına, eləcə də nağdsız ödənişlərin əhatə dairəsinin genişlənməsinə xidmət edəcək”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti