...

Bakıda yaş həddinə görə işinə xitam verilən həkimlərin neçəsi regionlara göndərilib?

Cəmiyyət Materials 23 Dekabr 2024 11:47 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Çalışmanın yaş həddi ilə Bakıda yerləşən tibb müəssisələrindən xitam olunmuş həkim mütəxəssislərin regionlardakı tibb müəssisələrinə işə qəbulu layihəsi uğurla icra olunur.

Trend xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, 29 namizəd müəssisələrə yönləndirilib, onlardan 11-i işə qəbul olunub:

“Əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə vaxtaşırı təlimlər də keçirilib. TƏBİB aparatı üzrə 361 əməkdaş təlimlərə cəlb olunub.

Tabeli tibb müəssisələrinin işçiləri üçün ümumilikdə cari ilin 11 ayı ərzində 435 təlim təşkil olunub. Bu tədbir və təlimlərdə 33 min 577 nəfər iştirak edib”.

Xəbər lenti

Xəbər lenti