Bakı. Trend:
Bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində sərnişin avtobusu yanacaq daşıyan tankerlə toqquşub.
Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Sistan və Bəluçestan üzrə filialının direktoru Məhəmməd Mehdi Səccadi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, baş verən qəza nəticəsində 9 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
Səccadi deyib ki, hadisə yerinə xilasetmə və təcili yardım maşınları cəlb olunub. Xəsarət alanlar tibb mərkəzlərinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.