...

Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 23 Dekabr 2024 17:16 (UTC +04:00)
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, cansağlığı, şəxsi həyatınızda və ali dövləti fəaliyyətinizdə çoxlu uğurlar arzulayıram.

Əminəm ki, bizim dost ölkələrimiz bundan sonra da ümumi əlaqələrimizin yaxşılaşdırılmasına və əməkdaşlığın yeni formalarının tapılmasına çalışacaq. Ölkələrimizin malik olduğu iqtisadi imkanlar daha yaxşı və daha məzmunlu əməkdaşlığı təşviq edə bilər.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Xəbər lenti

Xəbər lenti